AZ

Azərbaycan–Özbəkistan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir – Fərid Cəfərov

Bakı. Trend:

Bu gün Azərbaycan–Özbəkistan münasibətləri dövlət başçılarınınuzaqgörən siyasəti sayəsində mədəniyyət də daxil olmaqla bütünsahələrdə dinamik şəkildə inkişaf edir.

Trend-in bazargünü verdiyi məlumata görə, bunu Azərbaycanın mədəniyyət nazirininmüavini Fərid Cəfərov Azərbaycanda Özbəkistan RespublikasınınMədəniyyəti Günlərinin açılış mərasimində çıxışı zamanıbildirib.

Onun sözlərinə görə, Özbəkistanda və Azərbaycanda keçirilənMədəniyyət Günləri incəsənət sahəsində adi tədbir deyil.

“Bu, iki qardaş xalqın ortaq köklərinin, qarşılıqlı hörmətininvə dostluğunun əyani təzahürüdür”, – deyə Cəfərov vurğulayıb.

Nazir müavini qeyd edib ki, Özbəkistan RespublikasıPrezidentinin rəhbərliyi altında ölkə inkişafın bütünistiqamətlərində mühüm nailiyyətlər əldə edir.

“Mədəniyyət bu prosesin prioritet və xüsusi əhəmiyyət daşıyanistiqamətlərindən biridir. Çünki biz eyni kökdən gələn, ortaqtarixi-mədəni irsi, dəyərləri və ənənələri bölüşən xalqlarıq”, –deyə o bildirib.

Fərid Cəfərov həmçinin vurğulayıb ki, bu il Azərbaycanda vəÖzbəkistanda Mədəniyyət Günlərinin qarşılıqlı əsasda yenidənkeçirilməsi təsadüfi deyil. Onun sözlərinə görə, hər iki ölkəninmədəniyyət və incəsənət xadimləri qarşı tərəfin ölkəsində keçirilənbeynəlxalq festivallarda mütəmadi olaraq iştirak edirlər.

Seçilən
161
2
az.trend.az

2Mənbələr