Təhlükəli vəziyyətdə olan ağaclardan biri avtomobillərə ziyan vurub.
Xezerxeber.az xəbər verir ki, görüntülər Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, 18 ünvanındandır.
Hadisə nəticəsində zərər çəkmiş avtomobillərdən birnin sahibi deyir ki, belə hadisənin baş verməməsi üçün onlar dəfələrlə qonşular adından Mənzil İstismar Sahəsinə müraciət ediblər.
Bakı şəhbəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirlib ki,güclü külək nəticəsində Xətai rayon Saroyeva küçəsi və Yasamal rayonu Parlament prospekti 63 və Nərimanov rayonu ərazisindı bəzi küçələrdə cəmi 3 ədəd olmaqla 20 illik qovaq ağacı aşıb. Ərazi birliyin əməkdaşları tərəfindən təmizlənib.
Dövlət Ekoloji Ekpertiza Agentliyinin dən isə sorğumuza cavab olaraq bildirlib ki, qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi üçün vətəndaş torpaq mülkiyyətçisinə, yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə müraciət etməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.