"Liverpul"un ulduz hücumçusu Məhəmməd Salah ilə bağlı gələcək məsələsi hələ tam həll olunmayıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Arne Slot bildirib ki, futbolçu ilə heç bir problemi yoxdur və misirli futbolçu son oyunlarda, o cümlədən "Brayton" qarşısında oynayıb.
Buna baxmayaraq, Səudiyyə klubları hesab edir ki, əgər Salah "Liverpul"u tərk etmək qərarına gəlsə, onu transfer edə bilərlər və onun dəyəri təxminən 100 milyon funt sterlinq qiymətləndirilir.