Tikinti aparılan ərazidə təhlükəzislik tədbirləri görülməyib...
Xezerxeber.az xəbər verir ki, paytaxt ərazisində, Yusif Vəzir Çəmənzəminli və Ağa Nemətulla küçələrinin kəsişməsində yeni avtomobil yolunun tikintisi aparılan ərazidə hər an insan həyat və sağlamlığı üçün təhlükəli hadisə baş verə bilər.
Sakinlər deyirlər ki, yaxınlıqda çoxmərtəbəli evlər yerləşdiyindən hər gün bu ərazidən yüzlərlə insan keçib gedir.
Tikinti məqsədilə qazıntı aparılan ərazidə xüsusilə səhər tezdən və axşam saatlarında təhlükə daha da artır.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.
Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi üçün məvafiq tapşırıqlar veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.