İspaniya La Liqasının XVI turu çərçivəsində “Selta” (Viqo) və “Atletik” (Bilbao) komandaları arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Viqodakı “Abanka Balaidos” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.
Oyunda hesab 48-ci dəqiqədə Uillot Svedberq tərəfindən açılıb. 55-ci dəqiqədə Cons El-Abdellaui “Selta”nın üstünlüyünü iki topa çatdırıb.
Bu nəticədən sonra “Selta” 22 xalla İspaniya çempionatının turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. “Atletik” isə 23 xalla yeddinci sırada yer alır.