ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə klubunda yeni antirekord
İngiltərə Premyer Liqasının 16-cı turunda "Vulverhempton" tarixində yeni antirekordlara imza atıb.
QOL.az xəbər verir ki, "Arsenal"a 1:2 hesabı ilə uduzan komanda Premyer Liqada ardıcıl doqquz matçında məğlubiyyət seriyası ilə klub tarixində ilk dəfə belə göstəriciyə çatıb. Eyni zamanda çempionatdakı qələbəsiz oyun seriyası 20-ə yüksəlib ki, bu da komanda üçün yeni mənfi rekord hesab olunur.
13 dekabr
"Vulverhempton" – "Arsenal" - 1:2
Qollar: T.Arokodare, 90 – S.Constoun, 70 (öz qapısına), Y.Moskera, 90+4 (öz qapısına)
Turnir cədvəlində vəziyyət “Vulverhempton” üçün kritik olaraq qalır. Belə ki, 16 turdan sonra yalnız 2 xal toplayan komanda sonuncu pillədədir. "Arsenal" isə aktivindəki 36 xal ilə liderliyini qoruyur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.