Ətraf kəndlərdə qaz var, burada isə yoxdur…
Xezerxeber.az xəbər verir ki, söhbət İsmayıllının Balik kəndindən gedir. Sakinlərin sözlərinə görə, əvvəllər kənddə təbii qaz olsa da, 20 ildən çoxdur ki, bu yanacağa həsrətdirlər. Balikdə soyuq mövsüm uzun olduğundan onların əziyyəti də artır.
Sakinlər deyirlər ki, qonşu kəndlər qazlaşdırılıb. Amma, onlara növbə gəlib çatmaq bilmir.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən "Xəzər Xəbər"ə məlumat verildi ki, maliyyə imkanlarından asılı olaraq kəndin qazlaşdırılmasına baxıla bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.