“Vest Hem”in yarımmüdafiəçisi Mateuş Fernandes İngiltərə Premyer Liqasının cari mövsümündə ən sürətli qolun müəllifi olub.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı futbolçu XVI turun “Aston Villa” ilə görüşündə 29-cu saniyədə fərqlənib.
Qeyd edək ki, görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, dünən, 13 dekabrda, “Liverpul”un hücumçusu Uqo Ekitike XVI turun “Brayton”la görüşündə 46-cı saniyədə qol vurmuşdu. Mersisayd təmsilçisi evdə 2:0 hesabı ilə qalib gəlmişdi. Fransız hücumçunun qolu APL-2025/2026 mövsümündə ən sürətli qol kimi cəmi 23 saat qalmışdı.
Fernandesin “Aston Villa”ya vurduğu qol onun cari mövsümdə APL-də ikinci qolu olub. 21 yaşlı yarımmüdafiəçi əvvəlki 13 matçda həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalmışdı.