Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
"Real" klubu yay transfer pəncərəsi öncəsi heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.
QOL.az xəbər verir ki, "Defensa Central" nəşrinin məlumatına görə, "kral klubu" həm gözlənilən performansı göstərməyən, həm də əsas heyətin əvəzolunmaz üzvü sayılmayan 8 futbolçunu satışa çıxarmaq qərarına gəlib.
Siyahıda diqqət çəkən isimlər də yer alıb. Hücum xəttindən Rodriqo və vinger Qonsalo Qarsiya, qapıçı Andrey Lunin, müdafiədə Ferlan Mendi və Fran Qarsiya, yarımmüdafiə xəttindən isə Dani Sebalyos, Brahim Diaz və hətta Eduardo Kamavinqa satışa çıxarılan futbolçular arasındadır. Klub bu addımla həm transfer büdcəsini artırmaq, həm də maaş yükünü azaltmaq niyyətindədir.
Qeyd edək ki, La Liqada 16 turdan sonra 36 xal toplayan “Real” ikinci pillədə qərarlaşıb. Liderlik isə 17 oyunda 43 xalı olan “Barselona”nın əlindədir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.