AZ

“Nitsa” səfərdə məğlub oldu

Fransanın Liqa 1-i çərçivəsində 16-cı turun görüşündə “Lans” evdə “Nitsa”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, "Stad Bollaert-Delelis" stadionunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. Hər iki qol “Lans”ın hücumçusu Odsonn Eduarın adına yazılıb – 15-ci dəqiqədə hesabı açan futbolçu 57-ci dəqiqədə də fərqlənərək dubllayıb.

Bu qələbədən sonra “Lans” 37 xalla turnir cədvəlində liderliyini qoruyur. “Nitsa” isə 17 xalla 13-cü yerdədir. Növbəti turda “Lans” səfərdə “Tuluz”la, “Nitsa” evdə “Strasburq”la üz-üzə gələcək.

Seçilən
56
90deqiqe.az

1Mənbələr