AZ

Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlıq hər il zənginləşir - Səfir

Bakı. Trend:

Azərbaycanla Özbəkistan arasında mədəni əməkdaşlıq hər ilinkişaf edir və zənginləşir.

Bunu Trend-əÖzbəkistan Mədəniyyət Günlərinin açılış mərasimində ÖzbəkistanınAzərbaycandakı səfiri Bəhrom Əşrəfxanov bildirib.

Onun sözlərinə görə, hazırkı Mədəniyyət Günləri genişləndirilmişproqram və daha geniş coğrafi əhatə dairəsi ilə fərqlənir.

"Bu gün bütün həftəni əhatə edəcək geniş bir mədəni proqramınyalnız başlanğıcı idi. Geniş auditoriya üçün ümumi konsert proqramıtəqdim etdik", - deyə o qeyd edib.

Səfir açılış mərasimində dövlət qurumlarının nümayəndələrinin,parlament üzvlərinin, diplomatik nümayəndəliklərin rəhbərləri vənümayəndələrinin, eləcə də Özbəkistan klassik və müasir musiqisininhəvəskarları iştirak etdiyini bildirib.

O, konsert proqramının xüsusi olaraq Azərbaycan ictimaiyyətiüçün hazırlandığını və həm qədim mədəni ənənələri, həm də müasirincəsənət tendensiyalarını əks etdirdiyini vurğulayıb.

"Proqramda Özbəkistanın müxtəlif bölgələrindən — Səmərqənd vəBuxaradan Daşkənd və Xarəzməyə qədər — musiqi və xoreoqrafiyatəqdim olunub. Repertuar, geyimlər və səhnə dekorasiyalarımədəniyyətimizin genişliyini və dərinliyini nümayiş etdirir", -deyə o bildirib.

Səfirin sözlərinə görə, proqramda özbək əsərləri ilə yanaşı,Azərbaycan mahnıları və rəqsləri də yer alıb ki, bu da tədbirlərəəməkdaşlıq xarakteri verib.

O qeyd edib ki, mədəni tədbirlər qarşıdakı günlərdə də davamedəcək. "Novruz" rəqs qrupu Heydər Əliyev Sarayında çıxış edəcək,Azərbaycan Dövlət Filarmoniyasında isə ayrıca orkestr konsertikeçiriləcək.

Bundan əlavə, 18 dekabrda Özbəkistan nümayəndə heyəti Füzulişəhərinə səfər edəcək və burada yerli sakinlərə musiqi və rəqsproqramı təqdim olunacaq.

"Biz bütün Azərbaycanı sevindirmək və Özbəkistan mədəniyyətinitəkcə paytaxt ictimaiyyətinə deyil, həm də regionlara çatdırmaqistəyirik", - deyə səfir vurğulayıb.

Seçilən
187
3
az.trend.az

2Mənbələr