AZ

“Bavariya” evdə “Maynts”la bacarmadı

Almaniya Bundesliqasının 14-cü turunda “Bavariya” evdə “Maynts”la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, "Münhen Arena” stadionunda keçirilən matçda meydan sahibləri 2:2 hesablı bərabərliklə kifayətlənib. 

Oyunda 29-cu dəqiqədə Lenart Karl “Bavariya”nı hesabda önə çıxarıb. 45+2-ci dəqiqədə Kacper Potulski “Maynts” üçün bərabərlik qolunu vurub. 67-ci dəqiqədə Li Cze Son qonaqları önə çıxarsa da, 87-ci dəqiqədə Harri Keyn penalti zərbəsi ilə hesabı bərabərləşdirib.

Bu nəticədən sonra “Maynts” 7 xalla turnir cədvəlində sonuncu sırada qərarlaşıb. “Bavariya” isə 38 xalla lider mövqeyini qoruyur və ikinci pillədəki komanda ilə arasındakı fərqi 9 xal olaraq saxlayır.

Seçilən
54
90deqiqe.az

1Mənbələr