AZ

Modriçdən ''Milan''la bağlı etiraflar

''Real'' tarixinə damğa vuran isimlərdən olan, bu klubda 13 il ərzində saysız-hesabsız titullar qazanan və bu yay Avropanın digər nəhəngi ''Milan''a yollanan Luka Modriç ''Qazetta dello Sport''a açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, indiyə qədər ''rossonyerlər''in heyətində 17 rəsmi oyunda aktivinə 1 qol, 2 məhsuldar ötürmə yazan 40 yaşlı yarımmüdafiəçi İtaliyaya gəlişi və burdakı hədəfləri haqda danışaraq bunları deyib:
''Həm fiziki, həm də psixoloji cəhətdən özümü çox yaxşı hiss edirəm. Bu işi sevirəm və ondan böyük zövq alıram. Belə də davam etmək istəyirəm. Hələ ki, İtaliyada hər şey gözlədiyim kimi keçir. ''Milan'' mövsümün indiyə qədər olan dönəmində heç də pis təsir bagislamayıb. Çətin olacağını bilirik. Çünki çempionluq uğrunda mübarizə aparan klublar çoxdu. Amma ən azı belə də davam etməliyik. ''Milan'' mənim üçün İtaliyanın ən böyük klubudu. Burda keçirdiyim hər günün, hər oyunun dadını çıxarmağa çalışıram. Düzünü desəm, ''Real''da oynadığım dönəmdə bir gün ''Milan''a gələ biləcəyimi gözləmirdim. Amma həyatda bəzən gözləmədiyiniz şeylər baş verir. Uşaq yaşlarımdan bu yana ''Milan'' pərəstişkarı olduğum üçün mənim arzum həyata keçdi''.
Seçilən
119
1
football-plus.az

2Mənbələr