İtaliya çempionatının 15-ci turunda ''Latsio'' ''Parma''nın qonağı oldu.
"Football-plus.az" xəbər verir ki, qonaqlar ''Ennio Tardini'' stadionunda Ticani Noslinin 82-ci dəqiqədə vurduğu qol sayəsində minimal hesablı qələbə qazanıblar.
İlk baxışdan burda qeyri-adi bir şey yoxdu. Amma romalıların qələbəsini tarixi saymaq olar. Məsələ burasındadı ki, Mauritsio Sarrinin komandası qələbə qolunu vurarkən meydanda 9 futbolçu ilə qalmışdı!
42-ci dəqiqədə Mattia Zakkanyi, 78-ci dəqiqədə isə Toma Başiç birbaşa qırmızı vərəqə alaraq paytaxt təmsilçisini çətin durumda qoymuşdu. Qol vurulan anda ''Parma'' isə 11 futbolçu ilə oynayırdı. A seriyasında sonuncu dəfə 9 futbolçu ilə oynayan komandanın 11 futbolçuya qarşı qol vuraraq qalib gəlməsi faktı 2017-nin fevralında qeydə alınmışdı. Həmin vaxt ''Milan'' ''Bolonya'' ilə səfər oyununda (1:0) 37-ci dəqiqədə Qabriel Palettanın və 59-cu dəqiqədə Yuray Kuçkanın qırmızı vərəqə almasına baxmayaraq 89-cu dəqiqədə Mario Paşaliç sayəsində qələbə qolunu vurmuşdu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta