AZ

Bikalyo "Qarabağ"dan gedəcək? - SON DURUM

"Qarabağ"ın braziliyalı futbolçusu Pedro Bikalyonun ölkəsini  "Botafoqo" klubuna transferi gündəmdədir.

Yerli mətbuatın yaydığı məlumata əsasən "Botafoqo"nun baş məşqçisi Davide Ançelotti (Braziliya millisinin çalışdırıcısı Karlo Ançelottinin oğlu) onun komandanın uğur qazanmasına yardımçı olacağına əmindir. Sözügedən klub Pedronun mümkün qədər az xərc qarşılığında heyətinə cəlb etmək istəyindədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi vacib oyunçularından biri ilə bu qış vidalaşmağı planlaşdırmasa da, keçid yüksək məbləğ qarşılığında reallaşa bilər. 

"Köhlənlər" icarə variantını nəzərdən keçirmirlər. Hətta cənubi amerikalıların orta xətt oyunçusunu sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə icarəyə götürmək təklifi də Azərbaycan çempionunun planlarına uyğun deyil. Odur ki, yalnız "Botafoqo" "Qarabağ"ın tələb etdiyi məbləği ödəməyə hazır olacağı halda, Bikalyonun iş yerini dəyişməsi mümkündür.

Bölgə təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan "sambaçı"nın öz qərarı da klubun mövqeyinə təsir edəcək.

Qeyd edək ki, Bikalyo "Qarabağ"a "Palmeyras"dan transfer olunub.

Nihat

Seçilən
53
1
fanat.az

2Mənbələr