AZ

Braziliyalı futbolçu “Milan”ın radarında

İtaliyanın “Milan” klubu “Arsenal”ın hücumçusu Qabriel Jezusu transfer etməyi planlaşdırır.

Apasport.az “Corriere dello Sport”a istinadən xəbər verir ki, “rossonyerilər” 28 yaşlı braziliyalı futbolçunu qış fasiləsində icarə əsasında heyətinə qatmaq istəyir.

Maliyyə məhdudiyyətləri səbəbindən Milan təmsilçisi oyunçunun tam transferini hazırda nəzərdən keçirmir.

Mənbənin məlumatına görə, “Milan” Qabriel Jezusun Londonda aldığı illik 16 milyon avro məvacibə yaxın maaş təklif etmək imkanında deyil.

Qeyd edək ki, oyunçunun “Arsenal”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

PSJ-dən tarixi nəticə: bir ildə 49-cu qələbə

Muslera ulduzlaşdı: Komandası Argentina çempionu oldu

Messi üçün şok: Argentina DÇ-dan uzaqlaşdırıla bilər

“Lion” maliyyə böhranından çıxa bilmir: Borcu 200 milyon avronu keçdi

“Barselona”dan tarixi qol seriyası

Seçilən
63
apasport.az

1Mənbələr