Xroniki təşvişi qidalarla yox etmək mümkündür.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Bildirilir ki, yumurta və balıq yeməklə stressi azaltmaq olar.
Kaliforniya Universitetinin alimləri xroniki təşvişin (həyəcanın) qidalanma yolu ilə aradan qaldırılmasının mümkün olduğunu müəyyən ediblər.
Tədqiqatçılar 712 nəfərin beyin məlumatlarını təhlil edərək maraqlı nəticə əldə ediblər. Məlum olub ki, narahatlıqdan əziyyət çəkən insanların beyninin vacib hissələrində xolin səviyyəsi qeyri-adi dərəcədə aşağıdır.
Xolin sinir hüceyrələrinə siqnalları ötürməyə kömək edir, yaddaşı dəstəkləyir, əhval-ruhiyyəyə və insanın stressə necə dözməsinə təsir göstərir.
Mütəxəssislər psixoloji vəziyyəti sabitləşdirmək üçün rasiona xolinlə zəngin qidalar – mal və toyuq ciyəri, daha çox yumurta, balıq və soya məhsulları daxil etməyi məsləhət görürlər.
Xuraman Etibarlı
İnterpress.az