BAKI, 15 dekabr. TELEQRAF
Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə qüvvələrinin bir neçə region üzərində 71 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, nazirliyin məlumatına görə, HHM vasitələri tərəfindən təyyarə tipli 71 PUA aşkar edilərək vurulub. Onlardan 52-si Rostov vilayəti üzərində, 10-u Bryansk vilayəti üzərində məhv edilib.
Bundan başqa, Belqorod vilayəti üzərində üç, Tula və Ryazan vilayətləri üzərində iki, Volqoqrad vilayəti və Azov dənizi akvatoriyası üzərində isə bir PUA zərərsizləşdirilib.
Qeyd edək ki, Müdafiə Nazirliyi daha əvvəl dörd saat ərzində Rusiya regionları üzərində 56 Ukrayna PUA-sının vurulduğunu bildirmişdi.
Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin Qluşkovski rayonunda avtomobilə PUA hücumu nəticəsində bir qadının xəsarət aldığı qeyd olunub.