AZ

Yuxusuzluğa SON – Tez yuxuya getmək üçün 5 QIZIL QAYDA

Bir dəqiqəyə yuxuya getməyin 5 effektiv üsulu məlum olub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Psixoloqlar və xüsusi təyinatlılar tərəfindən istifadə olunan, tez yatmağa kömək edən texnikalar bəlli olub.

Mütəxəssislər yuxusuzluqdan əziyyət çəkənlər üçün tez bir zamanda yuxuya getməyin 5 sınaqdan keçirilmiş üsulunu təqdim ediblər:

  1. Beş dəqiqəlik dekompressiya metodu: Yatmazdan əvvəl sabahkı işləri və günün bir xoş hadisəsini bir kənara qeyd edin. Bu, beyni “nəyisə unutdum” təşvişindən azad edir.

  2. Koqnitiv qarışdırma: Hər hansı bir söz seçin və onun hər hərfinə uyğun assosiasiyalar tapın. Bu zaman beyin narahat fikirlərdən uzaqlaşır və yuxu gəlir.

  3. ABŞ hərbçilərinin metodu: Gözlər bağlı halda 30-a qədər sayın, sonra 5 saniyəlik gözlərinizi açın və yenidən bağlayın. Bir neçə təkrardan sonra yuxuya getmək mümkündür.

  4. “Vudu gözləri”: Göz qapaqları bağlıykən gözləri yavaş-yavaş kənarlara, aşağı və dairəvi hərəkət etdirin. Bu hərəkət orqanizmə istirahət vaxtının çatdığı siqnalını verir.

  5. İlkin yuxugörmə: Beyninizdə təbiət, sakitlik və su kimi maksimum dərəcədə rahatlaşdırıcı mənzərələr canlandırın. Obraz nə qədər detallı olsa, beyin bir o qədər tez oyaq qalmağı dayandırır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
interpress.az

1Mənbələr