...Qismən tanınmış Kosovo ölkəsinin prezidenti Vjosa Osmani-Sadriu Papa Leo XIV-ə respublikanın müstəqilliyini tanımağı xahiş edib.
Kallxo portalı əsasən müsəlmanlardan ibarət olan bu ölkə prezidentinin sözlərini çatdırır.
O yazıb: "Mən təbii ki, bütün Kosovo xalqının ümidini və inamını ifadə etdim ki, Vatikan nəhayət Kosovo Respublikasını tanımaq, Kosovo xalqının azad, müstəqil və demokratik həyat uğrunda uzun müddət çəkdiyi əzabları qəbul etmək barədə çoxdan gözlənilən qərarı verəcək". Osmani həmçinin Papa Leo XIV-ü əhalisinin böyük əksəriyyətinin müsəlman olduğu ölkəyə səfər etməyə dəvət edib.
Mümkün səfərin tarixləri dəqiqləşdirilməyib.
Əli Babayev