Abşeron rayonunun Masazır qəsəbəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda sənədsiz evlərin tikintisinə və bir çox qanunsuzluqlara pul müqabilində havadarlıq etmiş sabiq Masazır qəsəbə icra nümayəndəsi Şahlar Həsənovdan xəbər var.
Paytaxt.org xəbər verir ki, Masazırda fərdi ev tikən, torpaq sənədi almaq istəyənlərə pul müqavilində havadarlıq edən sabiq icra nümayəndəsi indidə 44 günlük savaşda qəhrəmancasına savaşaraq tankın içində yanaraq şəhid olan Səfərov Saleh İrzaxan oğlunun anasına və qardaşına pay verilən həyətyani torpaq sahəsinə göz dikib və bu azmış kimi qolçomaqlıq edərək icra başçısının adı ilə ərazini zəbt edib.
Neçə vaxtı başına açılan oyunlarla bağlı Şəhid qardaşı Səfərov Tural redaksiyaya müraciət edərək bildirib:
"Masazırda 569 saylı marşurutun sonunda olan 20 sot torpaq ailəmizə pay verilib və illərdir ki, istifadəmizdədir. Amma, 5 il Masazırda icra nümayəndəsi işləmiş Şahlar Həsənov 20 sot torpaq sahəsini ağır xəstə olan anamın əlindən zorla alaraq hasarlayıb. Vaxtı ilə anama və qardaşıma pay verilən bu həyətyani torpaq sahəsi ailəmizin tək mirasıdır. Anamın, mənim və qardaşımın övladlarının bundan başqa heç nəyi yoxdu, onuda Şahlar Həsənov vəzifəsinin gücünə icra başçısının adı ilə əlimizdən almaq üzərədir. Mən prezidentimizdən və DTX-dan kömək istəyirəm. Xahiş edirəm ailəmizi sərvəti milyonlarla ölçülən zalım oliqarx Ş.Həsənovun əlindən alsınlar..."
Paytaxt.org bildirir ki, şəhid ailəsinə pay verilən torpağı hazırda zəbt edən bürokrat məmur Şahlar Həsənovla bağlı tərəfimizdən ciddi araşdırmalar başladılıb.
Məlum olub ki, təkcə Masazır qəsəbəsində Şahlar Həsənova məxsus ancaq qardaşının adına sənədləşdirilən onlarla iri obyektlər mövcuddur.
Bununla yanaşı, BDYPİ tərəfdən gələndə Xırdalan dairəsində olan bütün obyektlər və Masazır qəsəbə girişinin sağ tərəfindəki aptek, iri gül dükanı, zoomaqazin və Məhəmmədi qəsəbəsində çox sayda böyük obyektlər və hektarlarla torpaq sahələri hazırda Abşeron RİH-də humanitar şöbədə işləyən bürokrat məmur Ş.Həsənovun sərvətinə daxildir...
Qeyd edək ki, Ş.Həsənovla bağlı apardığımız araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, böyük sərvətə sahib olan Şahlar Həsənov rüşvət tələb etmə və qanunsuz əməllərinə görə bir neçə ay öncə yəni Ramiz Mehdiyev hadisəsindən öncə baş prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

Biz Mehdiyev ismini təsadüfdən çəkmədik. Şahlar Həsənov ətrafında ciddi olaylar dönməsinə baxmayaraq gizlədilməsi, heç də sıradan olan hadisə deyil. Şahlar Həsənov Mehdiyev və yeznəsinə yaxınlığı ilə seçilən BOZ KARDİNALIN villasına rahat girib- çıxan şəxslərdən biri olub. Mehdiyevin villasının tikintisində də böyük əməyi olan Şahlar Həsənov, Mehdiyevin ailəsinə qanunsuz yollarla gətirdiyi kiloqramı 5-6 min dollar olan ikra ilə illərlə təmin etdiyi də ciddi faktlardandır. Rüşvət tələb etmə və qanunsuz əməlləri ifşa olunaraq saxlanılan Şahlar Həsənov həmin vaxtı "boz kardinal"a yaxınlığı səbəbinə görə, Mehdiyevin gücü ilə əlaltıları tərəfindən azadlığa çıxarılıb və hadisə gizlədilib.
Məlumat üçün bildirək ki, Mehdiyevə qaldırılan cinayət işi Şahlar Həsəınov olayından bir neçə ay sonra baş verib.
Mövzu davam etdiriləcək. Bizi izləyin!
Paytaxt.org
Günay Cəfərli