İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Pep Qvardiola komandasının futbolçuları Ruben Dias və Şerki barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, ispan mütəxəssis Ruben Diasın komandadakı rolunu yüksək qiymətləndirib və onu inanılmaz adlandırıb.
“Daim stabildir, demək olar ki, zədələnmir, komanda yoldaşlarını necə yönləndirdiyini, meydanda nə qədər səsli və fəal olduğunu görürsünüz. O, uzun illər əvvəl bizim üçün çox dəyərli transfer olub və qarşıdakı illərdə də belə qalacaq. Ruben əsl kapitan, əsl liderdir”, - deyə Pep vurğulayıb.
Şerkinin oyun keyfiyyətlərinə də toxunan baş məşqçi futbolçunun hücumun son mərhələsində xüsusi bacarıqlara malik olduğunu deyib:
“Final zonada onun xüsusi görmə qabiliyyəti var. Topu saxlamağı bacarır. Üstəlik, komandaya qoşulduqdan sonra çox yaxşı uyğunlaşıb. Doğrudan da çox, çox yaxşı təsir bağışlayır”.