Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqes pərəstişkarlarına yatmazdan əvvəl etdiyi rutini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, o, özünün və portuqaliyalı futbolçunun üzlərində maskalar olan və yatmazdan əvvəl dərilərini yaxşılaşdırmaq üçün gözəllik prosedurları edən şəklini paylaşıb.
Corcina həmçinin fotoya "Gecəniz xeyirə qalsın" başlığı ilə şərh yazıb.

Xatırladaq ki, Kriştiano Ronaldo 9 ildir Corcina ilə görüşür və ötən yay nəhayət, ona nəhəng bir daşla bahalı üzük hədiyyə edərək evlilik təklifi edib.
Əlavə etmək lazımdır ki, portuqaliyalı sevgilisi ilə birlikdə beş uşaq böyüdür, onlardan ikisi Corcinanın özündən dünyaya gəlib. Digər üçü isə surroqat analar vasitəsilə dünyaya gəlib.
Kriştiano Ronaldo və ailəsi Səudiyyə Ərəbistanında yaşamağa davam edir və o, burada “Əl-Nəsr”də oynayır. Ötən mövsümün sonunda portuqaliyalı Səudiyyə klubu ilə müqaviləsini daha iki il uzadıb.