BAKI, 15 dekabr. TELEQRAF
Çeçenistan rəhbəri Ramzan Kadırov hakimiyyətdən “boğazadək doyduğunu” açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu fikri “Qroznı” telekanalında səsləndirib.
Kadırov “Məndən soruşsalar, bu hakimiyyətdən boğazadək doymuşam” deyə bildirib.
Bununla yanaşı, Çeçenistan rəhbəri canlı yayım zamanı respublika əhalisini turistlərin xarici görünüşünə həddən artıq diqqət yetirməməyə çağırıb.
Qeyd edək ki, Ramzan Kadırov daha əvvəl Rusiya Prezidenti Vladimir Putin təklif edərsə, gələn il Çeçenistan rəhbəri postuna keçiriləcək seçkilərdə iştirak etməyə hazır olduğunu bildirmişdi.