AZ

Yaponiyadakı son iki panda yanvarda Çinə qaytarılacaq

Tokio ilə Pekin arasında panda icarəsi sazişi başa çatır, yarım əsrlik ənənə sona yetir…

Poliqon xəbər verir ki, Tokio şəhərində yerləşən Ueno zooparkında saxlanılan panda əkizləri Syao-Syao və Ley-Ley yanvarın sonuna doğru Çinə qaytarılacaq. Kyodo Agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, bununla da son 50 il ərzində ilk dəfə Yaponiyada bir dənə belə panda qalmayacaq. Fevral ayında Tokio ilə Pekin arasında nəhəng pandaların icarəsinə dair mövcud sazişin müddəti başa çatır.

Agentlik xatırladır ki, ilk cüt nəhəng panda 1972-ci ildə Çinlə Yaponiya arasında diplomatik münasibətlərin normallaşmasının rəmzi olaraq Yaponiyaya gətirilmişdi. O vaxtdan bəri pandalar ölkədə böyük populyarlıq qazanaraq həm ictimai maraq, həm də turizm baxımından ciddi iqtisadi fayda gətirib. Syao-Syao və Ley-Ley 2021-ci ilin iyununda Şin-Şin adlı dişi panda və onun cütü Ri-Ri-dən dünyaya gəlib. Valideyn pandalar isə 2024-cü ildə Çinə geri göndərilib.

Bundan əlavə, Vakamaya prefekturasının Şirahama şəhərində yerləşən Adventure World əyləncə parkında icarə əsasında saxlanılan daha dörd panda da bu ilin iyun ayında Çinə qaytarılıb. Beləliklə, Yaponiyada panda saxlanılan bütün məkanlar artıq boş qalıb.

Kyodo vurğulayır ki, Çindən Yaponiyaya yeni pandanın “dostluq diplomatiyası” çərçivəsində göndərilməsi perspektivləri hazırda qeyri-müəyyən olaraq qalır. Bunun əsas səbəbi isə iki ölkə arasında münasibətlərin son dövrlər kəskinləşməsidir. Gərginlik xüsusilə noyabrın 7-də Yaponiyanın baş naziri Sanae Takaicitinin parlamentdə Tayvanla bağlı səsləndirdiyi fikirlərdən sonra artıb və bu açıqlamalara Pekin sərt reaksiya verib.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr