AZ

ABŞ-da universitetə hücum zamanı həlak olanlardan biri özbəkistanlı tələbədir

ABŞ-da universitetə hücum zamanı həlak olanlardan biri özbəkistanlı tələbədir

ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braunov Universitetində baş verən atışma nəticəsində Özbəkistan vətəndaşı, tələbə Məhəmməd Aziz Umurzokov həyatını itirib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-dakı Özbəkistanın diplomatik nümayəndəlikləri mərhumun ailəsi ilə daimi əlaqədədir və məsələ ilə bağlı ABŞ-ın aidiyyəti qurumları ilə sıx əməkdaşlıq edir.

XİN ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Seçilən
119
afn.az

1Mənbələr