AZ

Suriyada Palmira yaxınlığında patrula hücumda şübhəli bilinənlər saxlanılıb

Əməliyyat beynəlxalq koalisiya və kəşfiyyat qurumları ilə koordinasiya əsasında aparılıb…

Poliqon xəbər verir ki, Suriyanın təhlükəsizlik xidmətləri Palmira bölgəsində amerikalı və suriyalı hərbçilərdən ibarət birgə patrula edilən hücumla əlaqədar beş şübhəli şəxsi saxlayıb. Sky News Arabia telekanalının yaydığı məlumata görə, əməliyyat dəqiq kəşfiyyat məlumatları əsasında və Baş Kəşfiyyat İdarəsi ilə beynəlxalq koalisiya qüvvələri ilə tam koordinasiya şəraitində həyata keçirilib.

Məlumata əsasən, patrula hücum dekabrın 13-də baş verib. Suriya dövlət agentliyi SANA-nın bildirdiyinə görə, silahlı toqquşma nəticəsində iki suriyalı hərbçi, eləcə də bir neçə ABŞ hərbi qulluqçusu yaralanıb. Yaralılar helikopter vasitəsilə Ət-Tanf hərbi bazasına təxliyə olunub.

Syria TV telekanalı isə qeyd edib ki, insidentdən sonra Suriyanın təhlükəsizlik qüvvələri Palmira ərazisində İŞİD terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyata başlayıb. Təhlükəsizlik orqanları saxlanılan şəxslərin hücumun təşkilində və icrasında rolunun olub-olmadığını araşdırır.

Poliqon.info

Seçilən
55
poliqon.info

1Mənbələr