
Livan ordusu ölkənin şərqindəki Hermeldəki Məşrəfa ərazisində patrul xidməti aparan əsgərlərinin Suriya tərəfindən atəşə tutulduğunu açıqladı.
Livan ordusunun yazılı açıqlamasında deyilir ki, axşam saatlarında Livanın şərqindəki Hermel bölgəsindəki Məşrəfa ərazisində patrul xidmətində olan əsgərlərə Suriyadan atəş açılıb və Livan əsgərləri cavab atəşi açıblar.
Bəyanatda hadisədə heç bir əsgərin xəsarət almadığı, hadisədən sonra Livan ordusu ilə müvafiq Suriya hakimiyyəti arasında əlaqə qurulduğu və vəziyyətin normallaşdığı qeyd olunub.
Suriya hələlik hadisə ilə bağlı açıqlama verməyib.