Alimlər bu fenomen üçün öz izahlarını təklif edirlər.
QHT.az xəbər verir ki, Türkiyədə son illər kütləvi yeraltı çökmələr sürətlə artmaqdadır və bəzi kraterlərin dərinliyi onlarla, hətta yüzlərlə metrə çatır. Mütəxəssislər bu hadisələrin əsas səbəbləri kimi uzunmüddətli quraqlığı, iqlim dəyişikliyini və yeraltı suların nəzarətsiz şəkildə çıxarılmasını göstərirlər.
Təkcə Konya əyalətində yüzlərlə təhlükəli çökmə qeydə alınıb və son illərdə onların sayı kəskin şəkildə artıb. Yeraltı suların azalması torpağın sabitliyini pozur, əkin sahələrinə, infrastruktura və fermer təsərrüfatlarına ciddi ziyan vurur.
Alimlər oxşar təhlükələrin artıq ABŞ, Yaxın Şərq, Aralıq dənizi hövzəsi və Avstraliyada da müşahidə olunduğunu bildirərək, su ehtiyatlarının ciddi nəzarətə götürülməsinin vacibliyini vurğulayırlar.
R.İmanov