
Sidneydə Bondi çimərliyində baş verən terror aktı 15 nəfərin ölümü, 40 nəfərin yaralanması ilə nəticələnib və hadisənin ata və oğul tərəfindən törədildiyi açıqlanıb.
AFN.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels polisinin komissarı Mal Lənnon keçirdiyi mətbuat konfransında bildirib.
İstintaq məlumatına görə, hücumçular Sidneynin cənub-qərbindəki Bonnirigg rayonunun sakinləridir. 24 yaşlı oğul saxlanarkən ağır yaralanıb, 50 yaşlı ata isə öldürülüb. Komissar qeyd edib ki, hücumçular arasında hadisəni əvvəlcədən planlaşdıran yoxdur. Hücum edənlərdən birinin təxminən 10 ildir lisenziyalı və qanuni silah sahibi olduğu məlumdur.