AZ

Asiya ölkələri yenə önə keçiblər

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2025-ci ili əhatə edən dünya üzrə hesabat sənədində bəzi infoqrafik dəyişikliklər qeydə alınıb.

Reyting.az-ın məlumatına görə, son 25 il ərzində qlobal iqtisadiyyatda çox böyük dəyişikliklər baş verib ki, bu da getdikcə inkişaf edən Asiya ölkələrindəki statistik göstəricilərin sürətlə dəyişməsinə səbəb olub.

Asiya qitəsində rəqabət aparan bəzi ölkələrdə adambaşına düşən ümumi daxili məhsul (ÜDM) artımı müşahidə edilib. Beynəlxalq Valyuta Fondunun hesabatına, Dünya Bankı ekspertlərinin məlumatlarına görə, Çin 518 faiz, Vyetnam 266 faiz, Hindistan 235 faiz, bu sırada daha da yüksələn Banqladeş isə 208 faiz artımla təqdim edilmiş infoqrafikada öndədirlər.

Rusiya 109 faiz artımla artıq 14-cü yerdə qərar tutur.

Birləşmiş Ərəb Əmirliklərində isə infoqrafik göstərici ürəkaçan deyil. Buna səbəb əhali artımındakı yüksək azalma faktının müşahidə olunması və adambaşına düşən ÜDM gəlirlərinin 99 min dollardan 72 386 dollara enməsidir.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
reyting.az

1Mənbələr