Misli Premyer Liqasında 15-ci tura bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun son günündə daha iki oyun keçiriləcək.
Günün ilk qarşılaşmasında debütantlar üz-üzə gələcəklər. "İmişli" "Karvan-Yevlax"ı Qubada qəbul edəcək. Füzuli Məmmədovun baş məşqçisi olduğu Yevlax təmsilisi sonuncu pillədən xilas olmağa çalışırsa, "İmişli" enmə zonası ilə xal fərqini bacardıqca artırmağa can atır.
Turun son qarşılaşmasında isə "Neftçi" "Sumqayıt"ı sınağa çəkəcək. Prinsipial matç bakılıların ukraynalı yeni baş məşqçisi Yuri Vernidubun debüt oyunu olacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Zirə"ni 2:1, "Sabah" "Turan Tovuz"u 3:1, "Kəpəz" "Qəbələ"ni 1:0 və "Qarabağ" "Araz-Naxçıvan""ı 5:1 hesabı ilə məğlub edib.
Misli Premyer Liqası
15-ci tur
15 dekabr
14:00. "İmişli" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov, Namiq Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Quba. Olimpiya İdman Kompleksinin stadionu
19:00. "Neftçi" – "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Elçin Məsiyev, Vüsal Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. "Palms Sports Arena"