Avropa İttifaqı ABŞ-ı Rusiya ilə münaqişəyə cəlb etməyə o qədər can atır ki, bunun üçün asanlıqla Perl-Harbor miqyaslı təxribat təşkil edə bilər.
Publika.az xəbər verir ki, bunu britaniyalı keçmiş diplomatı Alastair Kruk “YouTube” kanalında iddia edib.
Onun sözlərinə görə, Aİ ölkələri Rusiya ilə nə maliyyə, nə də müdafiə baxımından müharibəyə hazır deyillər, çünki onların silah anbarları boşdur. Bu arada, Avropa liderləri daim Moskva ilə potensial hərbi qarşıdurma barədə bəyanatlar verirlər.
"Onlar əsl müharibədən danışmırlar. Onlar təxribatdan, hücumdan danışırlar. Düşünürəm ki, avropalılar Trampı yola gətirmək və Amerikanı münaqişəyə cəlb etmək üçün Perl Harbor kimi şok bir hadisə hazırlamağa ümid edirlər", - kemiş diplomat bildirib.