AZ

Yevlaxdazəncirvari qəza olub

YEVLAX, 15 dekabr. TELEQRAF

Yevlaxdazəncirvari qəza olub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Hacıselli kəndi yaxınlığından keçən magistral yolda baş verib.

İdarəetmədən çıxan toyuq daşıyan yük maşını, həmçinin "Opel" və "Mercedes" markalı avtomobillər biri- birinə çırpılıb. Qəza zamanı zərbənin təsirindən "Opel" yolun sol hissəsindəki su kanalına, "Mercedes" yolun sağ hissəsinə, yük maşını isə yolun ortasına aşıb və yükü ətrafa səpələnib.

Qəza zamanı hər üç avtomobilin sürücüsü yüngül xəsarət alıb.

Əldə olunan ilkin məlumata görə, qəzadan öncə yoldan yükünü magistrala dağıda-dağıdapeyin daşıyan traktorkeçib və yolda sürüşkənlik yaradıb.Yol işıqları da sönülü olub.Faktla bağlı araşdırma aparılır.

Seçilən
140
1
teleqraf.com

1Mənbələr