AZ

Metrodakı sıxlıq narazılıq yaratdı

Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün 08:10 radələrindən etibarən Bakı Metropoliteninin "Koroğlu" stansiyasında sıxlıq müşahidə olunub. "Həzi Aslanov" istiqamətindən hərəkət edən qatarlar dolu gəldiyi üçün yüzlərlə sərnişin "Koroğlu" stansiyasında qalıb.

Metbuat.az-ın müxbirinin verdiyi məlumata görə, işə gecikən sərnişinlər Metropoliten əməkdaşlarına narazılıqlarını bildiriblər. Onlar xəttə boş qatar buraxılmasını tələb ediblər. Tərəflər arasında mübahisə uzun müddət davam edib.

Sərnişinlərin israrlı tələblərindən sonra saat 08:48-da "Koroğlu" stansiyasına boş qatar daxil olub. 25-30 dəqiqə stansiyada gözləyən sərnişinlər yalnız bundan sonra yollarına davam edə biliblər.

Səbinə Hüseynova / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
181
1
metbuat.az

2Mənbələr