AzVision.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun yaydığı bəyanatda belə deyilir.
“Nümayəndə heyətləri 20 bəndlik sülh planı, iqtisadi məsələlər və digər mövzular üzrə dərin müzakirələr apardılar. Əhəmiyyətli irəliləyiş əldə olundu və onlar sabah səhər yenidən görüşəcəklər”,- Uitkoff özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Frankfurter Allgemeine Zeitung” qəzeti, öz növbəsində, Berlində Amerika və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Ukraynadakı müharibənin həlli üzrə danışıqların çox məxfi şəkildə keçirildiyini bildirib. Məlumatda jurnalistlərin kimin kiminlə və nə vaxt danışdığı barədə demək olar ki, heç bir məlumatı olmadığı bildirilir.
Xatırladaq ki, dekabrın 14-də Berlində Almaniya kanslerinin iqamətgahında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Ukraynadakı müharibənin həlli ilə bağlı görüş keçirilib. ABŞ nümayəndə heyətinə Uitkoffdan başqa, prezident Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner də daxildir.
Ukrayna tərəfdən prezident Volodimir Zelenski, Təhlükəsizlik Şurasının katibi Rustem Umerov və Ukrayna Silahlı qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov iştirak edir. Almaniya kansleri Fridrix Merts qısa salamlama nitqindən sonra iclas zalını tərk edib.
Danışıqlar bu gün davam etdiriləcək.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta