Qonşu ölkədə DƏHŞƏTLİ QƏZA
Ajans.az yerli mediaya istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində doqquz nəfər müxtəlif dərəcəli xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra Bolu və Gerede dövlət xəstəxanalarına çatdırılıb. Qəzanın başvermə səbəbləri araşdırılır. Faktla bağlı istintaq aparılır.