AZ

Mərakeşdə ölümcül daşqınlar: 21 nəfər ölüb

Ajans.az xəbər verir ki,bu barədə MEDI1TV yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Qeyd olunur ki, daha əvvəl 14 nəfərin həlak olduğu, 32 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilmişdi. Xatırladaq ki, Atlantik okeanı sahilində yerləşən Safi bölgəsi dekabrın 14-də güclü leysan yağışları və ildırım fırtınasına məruz qalıb. Nəticədə ərazidə genişmiqyaslı daşqınlar baş verib. “Safi bölgəsində bazar günü yağan güclü yağış və ildırım fırtınası nəticəsində yaranan daşqınlar zamanı ölənlərin sayı 21-ə yüksəlib”, – deyə telekanalın məlumatında bildirilib. Yerli KİV-in xəbərinə görə, Safi əyalətinin inzibati mərkəzi olan Safi şəhərində təxminən 70 ev və ticarət obyekti su altında qalıb, 10 avtomobil sel suları tərəfindən aparılıb, bir sıra yollar ciddi zərər görüb. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.  

Seçilən
93
Ajans.az

1Mənbələr