AZ

Yüksək Liqa: VII tur start götürür

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII tur bu gün start götürəcək. 

Fanat.Az xəbər verir ki, açılış günündə bir matç baş tutacaq. 

Turnir cədvəlinin sonuncu iki pilləsində qərarlaşmış komandaların - "Gənclər" ilə "Azərreyl"in görüşü Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq və saat 17:00-da başlayacaq.

Kişilərin mübarizəsinə 17 dekabrda yekun vurulacaq.

Yüksək Liqa (kişilər)
VII tur
15 dekabr

17:00. "Gənclər" – "Azərreyl"
Abşeron Olimpiya İdman Kompleksi

Turun daha iki oyunu çərşənbə günü keçiriləcək.

17 dekabr

16:00. "Murov Az Terminal" – "Neftçi"
Fövqəladə Hallar Nazirliyinin idman zalı

18:00. "Xilasedici" – "Ordu"
Fövqəladə Hallar Nazirliyinin idman zalı.

Seçilən
94
fanat.az

1Mənbələr