Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yevlaxda zəncirvari qəza baş verib, bir avtomobil su kanalına düşüb.
“Qafqazinfo”nun xəbərinə görə, yol-nəqliyyat hadisəsi rayonun Hacıselli kəndi ərazisindən keçən magistiral yolda qeydə alınıb.
Hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq “Opel” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Nəticədə zərbənin təsirindən “Opel” yolun sol hissəsindəki su kanalına, “Mersedes” yolun sağ hissəsinə, yük maşını isə yolun ortasına aşıb.
Qəza zamanı yük avtomobilində olan broyler toyuq məhsulları ətrafa səpələnib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.