Olaylar.az xəbər verir ki, məlumatı CNN yayıb. Telekanal JetBlue pilotunun hava nəqliyyatı idarəsi ilə söhbətinin qeydindən sitat gətirib: "Demək olar ki, havada toqquşma yaşadıq. Onlar düz qarşımızda uçdular. Transponderləri işə düşməmişdi ki, bu da dəhşətlidir. Düz qarşımızda, bizdən 5 mil məsafədə - bəlkə də 2 və ya 3 mil - ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təchizatçı təyyarə var idi və o, bizim hündürlüyümüzdə idi. Biz uçuşumuzu dayandırmalı olduq".
Dispetçer pilota "Naməlum təyyarənin hava məkanımızda olması dəhşətlidir" deyib.
JetBlue şirkətinin sözçüsü bazar günü bildirib: "Biz bu hadisəni federal hakimiyyət orqanlarına bildirmişik və istənilən araşdırmada əməkdaşlıq edəcəyik".
CNN-in məlumatına görə, hadisə dekabrın 12-də Venesuela hava məkanında, Kürəsaodan Nyu-Yorkun Con Kennedi Beynəlxalq Hava Limanına gedən JetBlue 1112 reysi ilə baş verib. (Musavat.com)