AZ

Partiya sədrliyindən istefa verən Pənah Hüseyn nə işlə məşğul olacaq? – Özü AÇIQLADI

Azərbaycan Xalq Partiyasının (AXP) qurultayı keçirilib. Qurultayda partiya sədri Pənah Hüseynin istefası qəbul olunub. Bundan sonra partiya sədri olmayacaq Pənah Hüseynin hansı istiqamətdə fəaliyyət göstərəcəyi maraq doğurub.

Bununla bağlı KONKRET.az Pənah Hüseynlə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, partiyanın və İdarə Heyətinin üzvü olaraq fəaliyyətini davam etdirəcək:

“Partiya İdarə Heyətinin üzvüyəm. Partiyanın və idarə heyətinin üzvü kimi fəaliyyət göstərəcəm”, – deyə Pənah Hüseyn vurğulayıb.

Qurultayın qərarına əsasən, Azərbaycan Xalq Partiyasının yeni sədri Qiyas Sadıqov seçilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
122
2
konkret.az

3Mənbələr