AZ

Türkiyədə kibercinayətkarlıq əməliyyatı - 50 nəfər həbs edildi

Türkiyənin 55 əyalətində aparılan kibercinayətkarlıq əməliyyatlarında 50 nəfər həbs edilib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

"Vilayət Polis İdarələrinin Kiber Cinayətkarlıqla Mübarizə Departamentləri tərəfindən aparılan işlər nəticəsində 55 vilayətdə "onlayn uşaq pornoqrafiyası və zorakılığı, qanunsuz fəaliyyətlər" aşkar edilib. Bu istiqamətdə son 6 gün ərzində aparılan əməliyyatlarda 301 şübhəli saxlanılıb. Bu şübhəlilərdən 50-si həbs edilib, 39-u məhkəmə nəzarəti altına alınıb, digərləri ilə bağlı isə proseslər davam edir",-nazir bildirib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
71
missiya.az

1Mənbələr