Bakı. Trend:
Məktəblərdə məzhəbçiliyin deyil, həyatda bizə lazım olan dinidüşüncənin öyrədilməsi vacibdir.
Trend xəbərverir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anarİsgəndərov bu gün Bakıda Elm və Təhsil Nazirliyi ilə DiniQurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı iləkeçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər”mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, dini düşüncədən heç kim imtina edə bilməz,əsas məsələ bu düşüncənin kim tərəfindən və necəöyrədilməsidir.
"Din xadimi də, din müəllimi də, dindar da cəmiyyət üçün nümunəolmalıdır. Cəmiyyətin hər bir üzvündə dini düşüncəformalaşdırılmalıdır. Bu gün Azərbaycan məktəblərində buistiqamətdə sistemli iş aparılmalıdır. Nəticə etibarilə,kimliyindən asılı olmayaraq cəmiyyətin hər bir üzvündə dini düşüncəformalaşmalıdır.
Məktəblərdə məzhəbçiliyin deyil, həyatda bizə lazım olan dinidüşüncənin öyrədilməsi vacibdir. Rüşvətxorluq və cinayətkarlıqhalları çoxdursa, bunun səbəblərini dini düşüncə müstəvisindəaxtarmaq lazımdır. Bunu siyasi deyil, dini baxımdan deyirəm".