AZ

Məşhur bloger vəfatETDİ

Rusiyanın Yekaterinburq şəhərində tanınmış qastrobloger Aleksey Melnikov dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun həyat yoldaşı Marina məlumat yayıb.

Marina paylaşımında Aleksey Melnikovun “sevimli həyat yoldaşı, ata və övlad” olduğunu qeyd edib. O, dərin kədərini ifadə edərək, bu sözləri yazıb:

“İçimdə ölçüsü böyük bir boşluq var. Niyə o, niyə indi, niyə bu qədər tez?”

Məlumata görə, Aleksey Melnikovun 34 yaşı olub. Onun ölüm səbəbi açıqlanmayıb. Blogerin azyaşlı qızı qalıb.

Nuriyyə NATİQQIZI

Seçilən
15
redaktor.az

1Mənbələr