AZ

Artritə qarşı effektiv təbii vasitə tapılıb

Bakı. Trend:

Braziliyalı alimlər xalq təbabətində geniş istifadə olunan“Alternanthera littoralis” bitkisinin (yarpaqları tərəvəz kimiyeyilir-red.) effektivliyi və təhlükəsizliyinə dair ilk dəfəkompleks elmi sübutlar əldə ediblər.

Trend xəbər verirki, Journal of Ethnopharmacology (JE) jurnalında dərc olunantədqiqat göstərib ki, bitkinin yerüstü hissələrindən alınanetanollu cövhər güclü iltihab əleyhinə, ağrıkəsici və antiartritiktəsirə malikdir.

Müəlliflər cövhəri siçanlar üzərində iltihab və artritin birneçə klassik modelində sınaqdan keçiriblər. Bütün hallarda preparatoynaq şişkinliyini, ağrı həssaslığını, leykositlərin miqrasiyasını,həmçinin mieloperoksidaza və azot oksidi kimi əsas iltihabmarkerlərinin aktivliyini azaldıb.

Effektivlik baxımından ekstrakt standart iltihab əleyhinədərmanlarla müqayisə oluna biləcək səviyyədə olub.

Toksikoloji testlər göstərib ki, terapevtik dozalar zamanıcövhər ciddi yan təsirlərə səbəb olmur. Yalnız yüksək dozalarzamanı qaraciyər zədələnməsi əlamətləri olmadanAlaninaminotransferaza (ALT) qaraciyər fermentinin səviyyəsindəorta artım müşahidə edilib. Müəlliflərin sözlərinə görə, əldəolunan nəticələr “Alternanthera littoralis” bitkisinin ənənəviistifadəsini təsdiqləyir və onu iltihabi və oynaq xəstəliklərinəqarşı yeni fitopreparatların hazırlanması üçün perspektivli əsaskimi göstərir.

Məqalədə:
Seçilən
103
az.trend.az

1Mənbələr