AZ

Məktəblərdə dini təhsil verilə bilər? - RƏSMİ AÇIQLAMA

"Dini tərbiyənin verilməsi vacibdir, amma dini təhsil məktəblərdə verilə bilməz".

Redaktor.az
-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışında bildirib.

Azərbaycanda dini bilikləri geniş olan din xadimlərinə ehtiyac olduğunu deyən komitə rəsmisi qeyd edib ki, Azərbaycanda, eləcə də digər ölkələrdə dini radikalizmlə, xurafatla, məzhəbçiliklə mübarizədə məktəblər mühüm rol oynayır.

Onun sözlərinə görə, təhsil dünyəvi xarakter daşıyır.

"Din yalnız şəriətdən ibarət deyil. Dinin mədəniyyət və mənəviyyat tərəfi var. Bu məqamda təhsilin böyük rolu var. Müəllim müəyyən məqamlarda dinlə bağlı danışmaq məcburiyyətində qala bilər. Lakin müəllimin dinlə bağlı danışdıqları din xadiminin dinlə bağlı danışdıqlarından fərqlənməlidir. İslamın prinsiplərindən danışırıq, amma məqsədlərindən danışmırıq. Məqsədlərindən danışsaq, dinu radikalizmdən uzaq ola bilərik", - deyə G.İsmayılov vurğulayıb.

Seçilən
49
1
redaktor.az

2Mənbələr