AZ

“Azərbaycanda təhsil yaradıcı şəxslər yetişdirməlidir” -

“Azərbaycanda təhsilin hədəfi yaradıcı şəxsiyyət yetişdirməkdir”.Metbuat.az xəbər verir ki, bunu “Dini düşüncə mədəniyyəti pedaqoji perspektivlər” adlı konfransda çıxışı zamanı Millət vəkili Fazil Mustafa deyib. Din insanı itaat yolu ilə yetişdirməyi təklif edir:“Məktəb isə düşünmə yolu ilə. Dinin sərbəst müzakirə olunduğu mövzuların dilə gətirdiyi müzakirə mühiti dünyəvi məktəblərdə cəmiyyətdə mümkün ola bilər. Düşüncə sabit deyil, dünyagörüşü isə oturmuş formada olur”.Bir çox din xadimləri yenidən dini düşüncənin müzakirəsi üçün fikirlər ortaya qoymuşlar:

“Bunlar Qərb və Yunan mədəniyyətinə qarşı qoyaraq müzakirə ediblər. Azərbaycanda isə Əhməd Ağaoğlu Üç mədəniyyət əsərində bu barədə geniş izah vermişdi. Biz mahiyyətcə inanc cəmiyyətləriyik. Bizim düşüncə cəmiyyətlərinə yönəlməyimiz vacibdir. Hər şeydə ağlın önə çəkilməsi vacibdir. Ağıl ilə imanın yanaşması çox önəmlidir”.

Seçilən
69
1
metbuat.az

2Mənbələr