AZ

Aİ Ukraynaya 2 milyon mərmi tədarükü üzrə öhdəliyini yerinə yetirib

Avropa İttifaqı (Aİ) 2025-ci ilə qədər Ukraynaya 2 milyon mərmi tədarük etmək öhdəliyini yerinə yetirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallas Aİ nazirlərinin planlaşdırılan iclasına gedərkən jurnalistlərə açıqlayıb.

Kallas bildirib ki, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədi daşıyan təşəbbüs çərçivəsində nəzərdə tutulan hədəfə nail olunub.

“Ukraynanın müdafiəsi üçün vacib olan 2 milyon mərmi tədarük etmək təşəbbüsümüzün hədəfinə çatdıq”, – deyə o vurğulayıb.

Seçilən
90
operativmm.az

1Mənbələr