AZ

Pezeşkian Azərbaycana görə İranı tənqid etdi Xameneidən reaksiya

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İranın ali rəhbəri Əli Xameneiyə bağlı radikal mövqeli “Keyhan” qəzeti hökumətin Azərbaycanla münasibətini tənqid edən yazı dərc edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı “Azad İran” teleqram kanalı məlumat yayıb.

Qəzet iddia edib ki, guya Azərbaycan son illərdə “İranın maraqlarına zidd addımlar atıb”, “sərhəd gərginliyi yaratmaq” və “İsraillə əməkdaşlığı genişləndirmək” yolu tutub.

“Keyhan” bu fon qarşısında Tehranın Bakıya münasibətinin daha sərt, hesablanmış və açıq mesajlar üzərində qurulmalı olduğunu yazıb.

Yazıda İran Prezidenti Məsud Pezeşkianın mövqeyi də tənqid olunub. Qəzetin iddiasına görə, Pezeşkian İran–Azərbaycan münasibətlərinin zəifliyinə görə məsuliyyəti İslam Respublikasının üzərinə qoyur və bu sahədə əvvəlki dövrlərdə hərəkətsizlik olduğunu bildirir.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
101
globalinfo.az

1Mənbələr